Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Şagird həmcinsini niyə alçaltdığının səbəbini dedi

Şagird həmcinsini niyə alçaltdığının səbəbini dedi

Tarix: 20-02-2024, 15:05


Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı videonu dünən gördük və dərhal bu barədə Elm və Təhsil Nazirliyinə, aidiyyəti qurumlara məlumat verildi.

Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

O qeyd edib ki, bu gün məktəbdə valideynlər və şagirdlərlə görüş planlaşdırılsa da, reallaşmayıb:

"Təəssüflər olsun ki, görüşümüz olmadı. Bu, valideyn məsuliyyətinin aşağı olmasının göstəricisidir. Videoda zorakılıq halı var və bu, xoşagəlməz vəziyyətdir. Araşdırmamıza əsasən zorakılığa məruz qalan qız 9-cu sinfə qədər burada oxuyub, zorakılıq edən isə hələ də bu məktəbin şagirdidir. 11-ci sinif şagirdinin verdiyi ilkin məlumata görə, bullinqə məruz qalan qız ona qarşı daha əvvəl sosial şəbəkələrdə, elektron platformada zorakılıq edib. Bu yolla sanki ondan əvəzini çıxıb".

G.Səfərova bildirib ki, 156 nömrəli məktəb şagird davranış qaydalarını pilot həyata keçirən təhsil ocağıdır:

"Bu qaydalara doğru əməl olunması, məktəb rəhbərliyinin verdiyi reaksiya və görülən tədbirlərin qanunverciyliyə uyğun olub-olmamasını yoxlayırıq".

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR