Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Təhsil insan ömrünü uzadırmış - ARAŞDIRMA

Təhsil insan ömrünü uzadırmış - ARAŞDIRMA

Tarix: 2-03-2024, 09:22

Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar.

Araşdırma nəticəsində məktəbdə və universitetdə keçən hər ilin ömrü uzatdığı məlum olub. Əvvəlcə ilk dəfə təhsil müddəti ilə gözlənilən ömür arasındakı nisbət hesablanıb. ABŞ və Böyük Britaniya kimi sənayeləşmiş ölkələrdən, Çin və Braziliya kimi inkişaf etməkdə olan dövlətlərdən toplanan məlumatlarda hər il formal təhsilin ölüm riskini iki faiz azaltdığı aşkar olunub.

Yanvarın 23-də “Lancet Public Health” elmi jurnalında dərc olunan araşdırmada vurğulanır ki, ibtidai və orta məktəb, lisey və universitet təhsilini başa vurmaq ömür boyu sağlam qidalanmağa bərabər faydalar verir. Bundan əlavə, magistr dərəcəsi olan insanların ölüm riskinin təhsilsizlərlə müqayisədə 34 faiz azaldığı da məlum olub. Digər tərəfdən, 10 il məktəbə getməmək hər gün yerinə yetirilən zərərli vərdişlərin verdiyi ziyana bərabər tutulur.

Araşdırmanın həmmüəlliflərindən biri, Norveç Elm və Texnologiya Universitetində fəaliyyət göstərən Terje Andreas Eikemo təhsilin sağlamlığa ciddi təsirləri olduğuna diqqət çəkib. Bildirib ki, təhsil təkcə sağlamlıq baxımından əhəmiyyətli deyil, həm də insan ömrünü uzadan önəmli amildir.

Britaniyada yerləşən Səhiyyə Fondunun nümayəndəsi David Finch diqqətə çatdırıb ki, təhsil daha yaxşı sosial əlaqələr qurmağa kömək edir və insanların qərar qəbuletmə qabiliyyətini artırır.

Vaşinqton Universitetindən Claire Henson təhsillə gözlənilən ömür arasındakı əlaqəni belə izah edir: “Təhsil almaq imkanı insana sağlam həyat tərzi yaratmağa imkan verir və onu saxlamaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir. Ali təhsil maliyyə və sosial resursları artırır. Təhsilə sərmayə qoymaq əhalinin sağlamlığı üçün mühümdür və siyasətçilər təhsil siyasətini formalaşdırarkən bu təsiri nəzərə almalıdırlar. (Azərtac)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR