Son Xəbər: “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”,

Fatmayı kəndində fərqli Novruz adətləri: TONQALI ANCAQ ONLAR...VİDEO

Fatmayı kəndində fərqli Novruz adətləri: TONQALI ANCAQ ONLAR...VİDEO

Tarix: 23-03-2024, 15:33

Min illərdir bir çox xalq tərəfindən qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri də fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur. Abşeron rayonun bütün kənd və qəsəbələrində Novruz şənliklərinin təşkili isə xüsusi özəlliyi ilə fərqlənir.

Belə bir şənlik rayonun ən qədim kəndlərindən biri Fatmayı kəndində təşkil edilib. 

Bələdiyyə sədri Nəsir Nəsirli bildirib ki, Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması kimi çıxışlar olur. Bu bayramın ən maraqlı tərəflərindən biri də bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib-gülməkdir. Ölkəmizin bütün bölgələrində Novruz böyük sevinclə, şən əhval-ruhiyyə ilə qarşılanır. Nəsir Nəsirli başda şəhid anaları olmaqla hər kəsi ürəkdən təbrik edib.

Daha sonra tədbir bir birindən maraqlı çıxışlarla davam edib. Milli adət ənənəyə uyğun olaraq atlılar bayram tonqalını od vurublar.

Yallı və milli rəqslərin müşayiəti ilə davam edən şənlik böyükdən kiçiyə hər kəsin marağına səbəb olub. Bayram şənliyində bir çox rituallar və adət-ənənələr də nümayiş etdirilib. Bayramın atributlarından olan keçəl və kosanın şənliyə qoşulması sevinclə qarşılanıb.

Tanınmış musiqiçilərin çıxışları isə bayrama xüsusi bir ovqat qatıb.

Fatmayı kənd sakinləri hər il Novruz bayramını xüsusi təm təraqla qarşıladıqları bildiriblər. Bu il təşkil edilən Novruz şənliyi isə iştirakçıların üzündə bir təbəssüm yaradıb. 

Bayramınız mübarək əziz Abşeronlular...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR