Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Tarix: 30-04-2024, 22:07


Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdən şikayətlərin gündən-günə çoxalması Komitə sədri Anar Quliyevi çətin vəziyyətə salıb.

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədrinin fəaliyyətinin aidiyyatı instansiyalarda müzakirəyə çevrilməsi isə bu qurumun başı üzərini qısa zamanda “qara bulud”ların alacağını istisna etmir.

AzFakt.com-un əldə etdiyi məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yaxın günlərdə qurumda “təmizləmə” əməliyyatına başlayacaq.

Bu “təmizləmə” əməliyyatında ilk növbədə vəzifəsi ilə vidalaşacaq məmurlardan birinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin olacağı iddia edilir.

Məlumatda bildirilir ki, son 5 ayda Ramin Abdullyevə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vətəndaşların gündəminə çevrilib. Məhz Ramin Abdullayevin vəzifəsindən sui-istifadə edərək tikinti sahəsi ilə məşğul olan sahibkarlara ciddi təzyiqlər etməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyini də hədəfə gətirib.

Ramin Abdullayevdən artan şikayətlərin fonunda Anar Quliyevin artıq Ərazi Tikinti Planlaşdırma Mərkəzi sədri ilə bağlı narazılıqlara son qoymaq qərarına gəldiyi iddia olunur.(AzFakt.com)

Məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə dəqiqləşdirə bilmədik.

Qarşı tərəfin mövqeyni verməyə hazırıq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR