Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

AFFA ilə “Mario Russo” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib

AFFA ilə “Mario Russo” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib

Tarix: 5-06-2024, 12:30

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Mario Russo” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Mario Russo” brendinin təsisçisi Ruslan Məmmədov imzalayıblar.

Sazişə əsasən, “Mario Russo” brendi qarşıdakı dörd il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

Sərxan Hacıyev tədbirdə çıxış edərək, hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib. O, “Mario Russo” ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Mario Russo” da qoşulur”.


AFFA ilə “Mario Russo” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib


S.Hacıyev ölkə idmanına göstərdiyi diqqətə və əməkdaşlığa görə şirkət rəhbərliyinə təşəkkür edib.

Ruslan Məmmədov isə öz növbəsində futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu qeyd edib. O, milli komandanın sponsorları arasında yer almağın qürurverici olduğunu vurğulayıb: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq”.



Mərasimdə iştirak edən idman ictimaiyyətinin nümayəndələri müqavilənin hər iki tərəfə uğur gətirməsini diləyərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər. 

Qeyd edək ki, “Mario Russo” ötən illərdə ölkə daxilində keçirilən bir sıra seminar və turnirlərə sponsorluq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR