Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Naxçıvanın keçmiş maliyyə nazirinin məhkəməsində: Pullar Asəf Məmmədov və Səhhət Həbibbəyliyə çatdırılıb

Naxçıvanın keçmiş maliyyə nazirinin məhkəməsində: Pullar Asəf Məmmədov və Səhhət Həbibbəyliyə çatdırılıb

Tarix: 27-06-2024, 17:25

Naxçıvanı sabiq maliyyə naziri ilə Gömrük Komitəsinin keçmiş şöbə rəisinin məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org-un xəbər verir ki, iyunun 27-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
Şahidlər bildiriblər ki, gömrük postlarında rəsmi proqramla yanaşı, qeyri-rəsmi proqramlar da olub. Dövlət tərəfindən müəyyən edilən vəsait yığımı həddi təmin edildikdən sonra qalan pullar qeyri-rəsmi proqram vasitəsilə yığılıb.

Bu prosesin 2004-cü ildən bəri belə davam etdiyi bildirilib. Gömrük postlarında yığılan pulların miqdarı hər ay fərqli olub. İfadələrdə qeyd edilib ki, hətta terminallardakı tərəzilərdən istifadəyə görə də pullar yığılıb. Toplanan pulların məbləği hər ay 100 min manata yaxın olub. Yığılan pullar maliyyə işçiləri vasitəsilə Rafael Əliyev və Mənsur Əsgərova verilib.

Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyərək deyiblər ki, pulları Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Asəf Məmmədova, daha sonra isə Səhhət Həbibbəyliyə çatdırıblar.

Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciətində zərərin tam ödənilməsinin təmin olunmasını xahiş edib.
Növbəti məhkəmə prosesi avqustun 12-i keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR