Son Xəbər: Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir, Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib, Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb, Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib, Sabahdan Bakıda və rayonlarda külək güclənəcək, 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır, Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub, Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib, Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək, Prezident İlham Əliyev "Sabah"ı təbrik edib,

Oqtay Şirəliyev: “Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”

Oqtay Şirəliyev: “Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”

Tarix: 28-04-2020, 22:01

“Xəstəlik epidemiya halını alırsa, karantin mütləqdir. Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”
Oxu.Az xəbər verir ki, bu barədə AzTV-nin “Hədəf” verilişində qonaq olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
O bildirib ki, bir xəstə bir neçə adamı yoluxdura bilər:
“Burada epidemioloji nəzarət çox önəmlidir. Bu gün ölkədə 1678 nəfərdə COVİD-19-a yoluxma qeydə alınıb. 8 minə qədər insana isə COVİD-19 testi edilib. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəxanalarda, xəstələrin müalicəsində heç bir problem yoxdur. Bəzi ölkələrdə xəstəxanalarda yer olmadığından problem yaşanır. Bizdə pandemiya ilə bağlı xəstəxanalar tikilir. Regionlarda da xəstəxanalarda zəruri şərait yaradılıb. Bütün bunlar vacib məsələdir”.
O.Şirəliyev onu da vurğulayıb ki, bütün tükdilli ölkələrin səhiyyə nazirlikləri arasında ortaq səhiyyə təşkilatı yaradılmalıdır:
“Bu, ölkə başçısı İlham Əliyevin irəli sürdüyü fikir idi. O türkdilli dövlətlər arasında təşkilatın yaradılmasının çox önəmli olmasını diqqətə çatdırdı. Epidemioloji vəziyyətlə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı qərar fikirləşirəm ki, qəbul olundu. Bu, pandemiya əleyhinə bütün ölkələrin apardığı tədbirləri bölüşərək, vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR