Son Xəbər:
Tarix: 10-10-2024, 10:57
Universitetlərin 70 faizində süni intellekt tədris olunmağa başlayacaq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib.
“Dayanıqlılığı gündəlik innovasiyaya inteqrasiya edirik ki, bu da təəccüblü deyil. Biz artıq COP29-a ev sahibliyi edirik. Bakı şəhərinin rəqəmsal əkizi yaradılır. Altı milyondan çox unikal məlumat məntəqəsi artıq daxil edilib. Bu, unikal bir şeydir. Biz rəqəmsal texnologiyalar üzərində də çalışmağa davam edirik”, - deyə nazir qeyd edib.