Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bu şəxslər fəxri fərmanla təltif olundu

Bu şəxslər fəxri fərmanla təltif olundu

Tarix: 3-12-2024, 10:07


Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.

Məhz bu gün fiziki sağlamlığı məhdud olan bütün insanlar öz ətrafları tərəfindən xüsusi diqqət və qayğı ilə anılır, onlara maddi və mənəvi dəstək olunur.

Azərbaycanda bu gün həm də müharibə əlillərinin xatırlandığı, onlara olan münasibətin daha da qayğıkeş olması ilə bağlı xüsusi tədbirlərin keçirildiyi gündür

“Cebheinfo.az” xəbər verir ki, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi hər il olduğu kimi bu il də 3 dekabr ərəfəsində müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərən, onlara təmənnasız və nümunəvi dəstək olan bir neçə nəfəri fəxri fərmanla təltif edib.

Müxtəlif peşələri təmsil edən laureatlar arasında həkimlər, müəllimlər, polislər, prokurorluq əməkdaşları, hətta usta və sənətkarlar vardır ki, bu insanlar sözün əsil ənasında qayğıkeş və vətənpərvərdirlər.

Onların seçilməsi təsadüfi deyil. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinə daxil olan şifahi və yazılı müraciətlər təhlil edilərək nümunəvi yanaşanlar müəyyən edilir və onların içərisindən ən fədakarları fəxri fərmanla təltif olunurlar.

Abşeron rayonu 5 nömrəli tam orta məktəbin direktoru Faiq Xosrovlu, Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılova, Bakı İstintaq təcridxanasının rəisi Elnur İsmayılov, Baş Prokurorluğun əməkdaşları Toğrul Əhmədov, Səməd Nəcəfov, kombi ustası Akif Əliverdiyev və başqaları “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin fəxri fərmanları ilə təltif edilərək vətəndaş cəmiyyəti tərəfindən sevilən və dəyərli biri olduqlarını öz fədakar və vətənpərvərlikləri ilə isbat etmiş oldular. 

Fəxri fərmanlar öz sahiblərinə təqdim edildikdə bu dəyərin onlara verilən ən böyük mükafat olduğunu bildirdilər.

“Cebheinfo.az”

Bu şəxslər fəxri fərmanla təltif olundu





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR