Son Xəbər: Müstəmləkə siyasəti üzrə mütəxəssis: Azərbaycan neokolonializmə qarşı misli görünməmiş mübarizə aparır, Cahangir Əsgərovun həyat yoldaşı VƏFAT ETDİ, İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib, Fransanın Rusiyadakı səfirliyinin əməkdaşı qəza törədib, İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB, İran Prezidenti: Kənar qüvvələrin iştirakı regionda sabitliyi poza bilər, Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb, Hakan Fidan Bakıya səfər edəcək, Azərbaycan və Gürcüstan hökumətləri arasında dörd sənəd imzalanıb, Şənbə günü intensiv yağış və qar yağacaq,

Müstəmləkə siyasəti üzrə mütəxəssis: Azərbaycan neokolonializmə qarşı misli görünməmiş mübarizə aparır

Müstəmləkə siyasəti üzrə mütəxəssis: Azərbaycan neokolonializmə qarşı misli görünməmiş mübarizə aparır

Tarix: Dün, 18:45

 Azərbaycan, ilk növbədə Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə misilsiz rol oynayır.

Bu barədə müstəmləkəçilik üzrə fəlsəfə doktoru Lui Filipp Patrik de Conq Filyo (Louis Philippe Patrick De Jongh Filho) “Contemporary” jurnalında yazıb.

Alim öz materialı üzərində işləyərkən Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə töhfəsini qiymətləndirmək üçün Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi BMT-nin iki görüşündə iştirak edib, Azərbaycanda silsilə müsahibələr götürüb, ədəbiyyatı təhlil edib.

Məqalənin müəllifi hesab edir ki, XX əsrdə dünya birliyinin müstəmləkəçilik ideyalarından formal olaraq imtina etməsinə baxmayaraq, Fransa kimi bəzi ölkələr hələ də əraziləri öz nəzarəti altında saxlayır, onları dənizaşırı ərazilər adlandırır, əslində isə bunlar onun müstəmləkələridir.

"Fransanın yerli əhalini assimilyasiya etmək cəhdlərinə baxmayaraq, bu ərazilərin xalqları metropoliyaya müqavimət göstərməyə davam edirlər. Fransa Beynəlxalq Əmək Təşkilatının yerli xalqlar və tayfa həyatı sürən xalqlar haqqında 169 saylı Konvensiyasını ratifikasiya etməyib", - de Conq Filyo qeyd edib.

Alim Azərbaycanın dünyada neokolonializmlə mübarizəni dəstəkləməsinin səbəblərini təsvir edib. O vurğulayıb ki, Kanada və Avstraliya kimi ölkələrlə yanaşı, Azərbaycanda da etnik azlıqların cəmiyyətdəki vəziyyəti Fransadan daha yaxşıdır. Çünki digəri tabe xalqları assimilyasiya etməyə və dövlət daxilində etnik, dini və mədəni müxtəlifliyi silməyə çalışır.

"Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada multikulturalizmin qorunmasının institusional nümunəsidir. O, həm cəmiyyətdə müxtəlif qrupların mövcudluğuna, həm də xalqlar arasında tolerantlıq və hörmət ruhunun təşviqinə yönəlib. Bu da cəmiyyətin parçalanmasının qarşısını alır və müxtəlif etnik, irqi və dini qruplar arasında dialoq qurulmasına kömək edir", - L.Filho qeyd edib.

Multikulturalizm mərkəzinin nümayəndəsi Abdulla Nəcəfova istinad edərək, o bildirib ki, mərkəz Azərbaycan multikulturalizm modelinin təşviqi vasitəsi kimi yaradılıb.

Müqayisə üçün o, Azərbaycan və Fransadakı təhsil modellərini nəzərdən keçirib və iki dövlətin yanaşmalarındakı təzadı göstərib: "Azərbaycandakı təhsil təcrübəsi Fransadakı ilə təzad təşkil edir. Çünki Fransa mədəni və dil fərqlərinə hörmət etmədən unifikasiyaya can atır. Məktəblər dövlət nəzarəti alətinə çevrilir və dənizaşırı əhalinin şüurunu milli maraqlar çərçivəsində formalaşdırır".

Elmi işi çərçivəsində alim Bakı Təşəbbüs Qrupu nümayəndələrindən müsahibə götürüb və onların neokolonializmlə mübarizədə fəaliyyətini təhlil edib. Alim hesab edir ki, BTQ-nin BMT-dəki fəaliyyəti misli görünməmiş səviyyədə olub və Azərbaycan parlamenti yanında yaradılmış dekolonizasiya məsələləri ilə məşğul olan xüsusi komissiyanın analoqu yoxdur.

"Azərbaycan beynəlxalq arenada Fransa neokolonializmi ilə mübarizədə misli görünməmiş rol oynayır. BTQ tərəfindən keçirilən tədbirlər BMT-nin diqqətini bu problemə cəlb edib və KİV-ə bu prosesləri müşahidə etməyə imkan yaradıb. Multikulturalizm bu ölkədə həyat modeli kimi qəbul edildiyini nəzərə alsaq, kolonializmlə mübarizə Azərbaycan üçün siyasi dəyərdir", - alim yekunlaşdırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR