Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq

Elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq

Tarix: 23-04-2025, 16:01

“E-bülleten” sistemi vasitəsilə qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq.

Bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova məlumat verib.

Onun sözlərinə görə, bu sistem vasitəsilə hər hansısa xəstəlik, hamiləlik və doğum səbəbindən əmək qabiliyyətini müvəqqəti itirən şəxslər elektron xəstəlik vərəqəsi ala biləcək:

“Bu sistemə keçid kağız kargüzarlığının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədi daşıyır. Bununla yanaşı əmək qabiliyyəti məhdud olan şəxslər də artıq əziyyətə düşməyəcək”

Mütəxəssis qeyd edib ki, hazırda xəstəlik vərəqəsi almaq üçün həkimin möhürü, baş həkimin imzası və s. lazımdırsa elektron xəstəlik vərəqəsinin tətbiqinə keçdikdən sonra proses həm sürətlənəcək, həm də asanlaşacaq:

“Xəstəlik vərəqəsi əldə etmək üçün artıq bir mobil tətbiq yetərli olacaq. Məlumatların hər biri sonda Dövlət Sosial Müdafiə Fondunun sisteminə düşəcək”.

S. Məhərrəmova onu da vurğulayıb ki, sistemdə texniki nasazlıq baş verdikdə 814 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq lazımdır.

Qeyd edək ki, mayın 1-dən “e-bülleten” sisteminə keçilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR