Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb

Tarix: 5-05-2025, 09:54

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 5-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.

Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san normanın 101%-ni təşkil edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR