Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Hesablama Palatası: Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb

Hesablama Palatası: Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb

Tarix: 27-05-2025, 11:19

2024-cü ildə Azərbaycanda kənar dövlət maliyyə nəzarəti tədbirləri və qurumların təqdim etdiyi məlumatların təhlili dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin bank hesablarında saxlandığını göstərib, bu əməliyyatların büdcə uçotunda uyğunsuzluqlara səbəb olduğu qənaətinə gəlinib.

Bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış xərc məbləğləri 500 milyon manatdan çoxdur (məxfi sahələr nəzərə alınmadan).

Bu məbləğin 150 milyon manatdan çoxu hesabat ilində dövlət əsaslı vəsait qoyuluşun və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib. Bundan əlavə, bəzi qurumlar üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi qeydə alınmış vəsaitin həcmində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmayıb.

Dövlət büdcəsinin icrası barədə hesabatlar, eləcə də İllik Hesabatda kassa icrasına aid edilmiş bəzi məbləğlər qurumlar tərəfindən təqdim edilmiş məlumatlarda bank hesabında saxlanılmış vəsait kimi göstərilib, məlumatlarda müvafiq qurumlar tərəfindən icra edilməmənin səbəbi və vəsaitin 2025-ci ildə icra ediləcəyi də əks etdirilib. Bu isə “Büdcə sistemi haqqında” qanunun “dövlət büdcəsinin kassa icrası” anlayışı ilə uyğunsuzluq yaradır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR