Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Tarix: 1-07-2025, 14:20

Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Rusiya üçün beynəlxalq hüquq əhəmiyyət daşımır, orada zorakılıq dövlət siyasətinə qaldırılıb.

Bu sözləri açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində əslən Ağdamdan olan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı həyata keçilən əməliyyat kriminalla mübarizə adı altında etnik təqib aktıdır:

“Hadisə zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla öldürülüb. Onlarla insan zorakılıqla saxlanılıb. Bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rusiya baş verən hadisələrlə bağlı hüquqi əsaslarla Azərbaycan və beynəlxalq ictimaiyyətə hesabat verməkdən yayınıb".

O hesab edir ki, bu hadisənin səbəblərindən biri selektiv repressiya və etnik diskriminasiyadır.

"Rusiya uzun müddətdir ki, Qafqaz və Orta Asiyadan olan miqrantlara qarşı təzyiqlər həyata keçirir. Bu hadisələrin etnik zəmində törədilməsinə ciddi əsaslar var. Azərbaycan diasporu uzun illərdir ki, Rusiyada təşkilatlanmış icma olub. Həmin icmanın fəaliyyətinə yanaşmada Rusiyanın strukturları tərəfindən qeyri-obyektiv yanaşmalar olub. Azərbaycan icmasına qarşı kriminal ovu adı altında bir çox əməliyyatlar keçirilib. Bir çoxları qətlə yetirilib, hətta elə hallar olub ki, Rusiyanın yol polisi nəqliyyat vasitəsi idarə edən azərbaycanlıları təqib edib, onlara qarşı silahdan istifadə edərək qətlə yetiriblər”.

Ə.Nuriyev deyib ki, azərbaycanlıların Rusiyada iqtisadi cəhətdən daha fəal olması bu ölkənin bəzi təsisatlarında qıcıq yaradıb:

“Həmyerlilərimiz orada uğurlara nail olurlar. Bu da Rusiyanın bir çox təsisatlarında qısqanclıq yaradır. Eyni zamanda Qarabağ müharibəsindən sonra Rusiyaya qarşı artan tənqidi ruh bu ölkənin revanşist dairələrində qıcıq yaratmışdı. Bu reydləri Azərbaycan ictimaiyyətinə qarşı təzyiq kimi də qiymətləndirmək olar".(“Report”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR