Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Təhlükəsizliklə bağlı yeni komissiya YARADILDI

Təhlükəsizliklə bağlı yeni komissiya YARADILDI

Tarix: 21-07-2025, 10:11

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.

Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.


Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaqdır.

Komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR