Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Suraxanı Maşınqayırma Zavodu”nun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

“Suraxanı Maşınqayırma Zavodu”nun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

Tarix: 15-08-2025, 11:03

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin 15 %-nin əmək kollektivinə güzəştli satışını elan edib.

Söhbət hər birinin nominal dəyəri 2 manat olan 1 413 005 ədəd səhmdən gedir.

Qiymətli kağızları əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər ala bilər.

Güzəştli satışa sifarişləri müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində qəbul edəcək.

Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” qanuna müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün oktyabrın 17-də müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR