Son Xəbər: Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir,

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Tarix: 13-09-2025, 11:24

Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Valideynlərin isə müzakirə etdiyi əsas məsələlərdən biri siniflərdə şagird sıxlığıdır. 

Ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi hansı meyarlara əsasən həyata keçirilir? Şagirdlərin sayına görə hansı normativlər mövcuddur?

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərara əsasən, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir:

“Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda sinif mövcud şagird sayı ilə təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinif ilə birləşdirilərək komplekt siniflər təşkil olunur”. (Mənbə: “Azərbaycan müəllimi”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR