Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bəzi qüvvələr Cabir İmanovu mənfi tərəfdən göstərmək istəyirdilər

Bəzi qüvvələr Cabir İmanovu mənfi tərəfdən göstərmək istəyirdilər

Tarix: 30-09-2025, 14:53

"Cabir sanki nəyi isə hiss edirdi".

Bunu mərhum Əməkdar artist Cabir İmanovun vida mərasimində qardaşı Tahir İmanov  bildirib.

"Cabir hər həftənin sonunda bağa yox, Şuşaya getmək istəyirdi. İstəyirdi ki, Cıdır düzündə olsun. Düz 5 gün qabaq biz ailələrimizlə, balalarımızla yenə Şuşaya getdik. Keçən həftənin üçüncü günü bəstəkar Süleyman Ələsgərov barədə ailəmiz tərəfdən bədii filmin çəkilişləri oldu. Mən heç vaxt film haqda danışmıram. Amma film onun nəvə-nəticələri ilə bitir. Cabir də həmin sonluqda çəkildi. O, sanki film çəkiləndən sonra nəsə hiss edirdi. Mənə dedi ki, uşaqlar getsin, gedək gəzək. Getdik gəzdik".

O bildirib ki, bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər:

"Amma misal var ki, Allah kimisə ucaltsa onu heç kim alçalda bilməz. Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma məndən iki yaş balacadır. Buna baxmayaraq ondan çox şey öyrənmişəm.

Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR