Son Xəbər: Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL, Keçmiş icra başçısı vəfat etdi, Bakıda qadın evdə doğuş etdi, Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ, 550 nəfər dövlət qulluğuna imtahan verəcək, Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq, Rusiya Xarkovdakı xəstəxananı bombalayıb, yaralılar var, Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb, Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır, İlham Əliyev Misirdə liderlərlə bir arada,

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq

Tarix: Bugün, 09:43

Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin "Qaz İxrac" İdarəsinə məxsus "Qəbələ QPS qaz kəməri qolu"nun 14-cü km hissəsinin yenidən qurulması və yeni çəkilmiş kəmərin qaz nəqli sisteminə qoşulması səbəbindən saat 08:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR