Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA

Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA

Tarix: 19-05-2020, 15:17

Koronavirusun yeni növü yalnız tənəffüs yollarına deyil, həm də insanın digər orqanlarına təsir göstərir.
Bu nəticəyə gələn avstraliyalı alimlər və həkimlərin məqaləsi “Annals of Internal Medicine” elmi jurnalında dərc edilib.
Tədqiqat zamanı mütəxəssislər koronavirus infeksiyası nəticəsində ölən 11 xəstənin orqanlarının vəziyyətini təhlil ediblər. Həmin şəxslərin (orta yaş həddi 80-dən çox olan) arasında səkkiz kişi və üç qadın olub.
“Əsas informasiyalar koronavirus infeksiyasının yuxarı tənəffüs yolları və ağciyər toxumalarının zədələnməsi ilə başlasa da, virusun insan bədəninə patoloji təsir bununla bitmir. Virus ağciyər arteriyasının trombozunun inkişafına təsir edir və digər orqanlara ziyan vurur”, - deyə əsər müəlliflərindən biri olan Maykl Trauner bildirib.
Araşdırmanın digər müəllifi Ziqurd Laks isə əlavə edib ki, koronavirusa yoluxan zaman orqanizmdə yalnız ağciyər zədələnmələri ilə deyil, böyrək çatışmazlığı, qaraciyər və mədəaltı vəzin funksiyalarının pozulması kimi bir sıra ciddi xəstəliklər də müşahidə olunur.
Məqalə müəllifləri qeyd edirlər ki, koronavirus infeksiyası zamanı ölümün əsas səbəbləri ağciyər çatışmazlığı və qan dövranının pozulmasıdır.
Əvvəlcə SARS-CoV-2 alveollara - qaz mübadiləsinin baş verdiyi ağciyərlərdə xüsusi birləşmələrə təsir göstərir, onları faktiki olaraq məhv edir.
Sonra virus kapilyarlarda - insan bədəninin toxumalarına oksigen verən ən kiçik damarlarda hərəkət edir. Nəticədə, damarların mənfəzi daralır və ətrafdakı toxumalar ölməyə başlayır.
Əksər hallarda əvvəllər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ağır fəsadlar olurdu. Bundan əlavə, alimlər limfa sisteminin və endokrin vəzlərin fəaliyyətinin ciddi formada pozulmasını da müəyyənləşdiriblər.
Yeni növ koronavirus insan bədəninin bütün sistemlərinə kütləvi təsir göstərir, ancaq təsirlənmiş orqanların COVID-19 infeksiyasından müalicə ediləndən sonrakı vəziyyəti hələ tam aydın deyil.
Tədqiqatçılar COVID-19-un ən ciddi fəsadlarından birinin venalarda tromblaşma olduğunu qeyd edirlər.
Bu, alimlərin fikrincə, həkimlər üçün antikoaqulyantların koronavirus infeksiyasının müalicəsində nə qədər təsirli olması barədə vacib bir sual yaradır. Əvvəllər həkimlər koronavirus infeksiyası ilə mübarizə üçün bu dərmanlardan birini - “heparin”i istifadə edirdilər, lakin müşahidələr bunun xəstələr üçün təhlükəli olduğunu göstərdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR