Son Xəbər:
Tarix: Bugün, 15:29

Bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib.
O bildirilib ki, ötən dövr ərzində Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları təsis olunub, Qarabağ Hərbi Prokurorluğunun bazasında Ağdam Hərbi Prokurorluğu yaradılıb:
"Qısa zaman kəsiyində Qubadlı və Kəlbəcər hərbi, həmçinin Xankəndi şəhər və Laçın rayon prokurorluqları üçün müasir tələblərə cavab verən inzibati binaların istifadəyə verilməsi bölgədə prokurorluğun fəaliyyətinə praktiki töhfə vermiş oldu. Qeyd edə bilərəm ki, bu, təkcə orqanların fiziki qayıdışı deyil, həm də qanunun aliliyinin, cinayətkarlığa qarşı mübarizənin doğma torpaqlarda bərqərar edilməsidir".