Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

Tarix: 8-12-2025, 10:40

ABŞ və İran arasında nüvə danışıqları dalana dirənib, çünki Birləşmiş Ştatlar Tehranın uranı zənginləşdirməsini tamamilə dayandırmasını istəyir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində bildirib.

"Əsas maneə ABŞ-nin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq dinc məqsədli nüvə texnologiyaları, o cümlədən uranı zənginləşdirmə hüququnu tanımaq istəməməsidir. Biz Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində uranı yalnız 3,67 % səviyyəsinə qədər və həmişəlik deyil, 15 il müddətinə zənginləşdirməyə razılaşdıq. Bizim birdəfəlik qəbul etməyə hazır olduğumuz yeganə öhdəlik İranın heç vaxt nüvə silahı yaratmayacağı öhdəliyidir", - o qeyd edib.

O, İranın dinc məqsədli nüvə proqramını davam etdirməkdə qərarlı olduğunu söyləyib. Lakin nüvə texnologiyalarının dinc məqsədlərlə istifadəsi üçün İran etimadı gücləndirmək məqsədilə müvəqqəti məhdudiyyətlər qəbul edə bilərdi.

"Lakin bu məhdudiyyətlər yalnız müəyyən müddət üçün nəzərdə tutulacaq, çünki biz gələcək nəsillərin yerinə qərar qəbul edə bilmərik. İranın uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququnu tanıyan sistem məqbuldur və biz bununla bağlı etimadı gücləndirməyə hazırıq. Biz hətta İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindən kənara çıxan monitorinq mexanizmlərini də qəbul edə bilərik", - A.Əraqçi vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR