Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI

Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI

Tarix: 26-12-2025, 16:26

“Rus evi” uzun müddət qeydiyyatı olmadan Azərbaycanda fəaliyyət göstərib. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin sualına cavab olaraq bildirib.

Nazir qeyd edib ki, artıq 2025-ci ilin fevral ayının əvvəlində Rusiyaya xəbərdarlıq edilib və bildirilib ki, belə hallar qəbuledilməzdir.

“İstənilən müəssə ölkə qanunvericiliyinə və iki ölkə arasında sazişlərə əsasən həyata keçirilə bilər. Lakin pozuntuların olması “Rus evi”nin bağlanmasına səbəb oldu”. 

Nazir qeyd edib ki, bu cür təsisatların fəaliyyətində ölkə qanunvericiliyinə əsasən həyata keçirilməlidir. 

Naizr bildirib ki, "Rus evi" ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub. Bunun səbəbi ləğvetmə ilə bağlı bir sıra yarımçıq məsələlərin qalması olub. Hazırda bu prosesdə yarımçıq məsələ qalmayıb və ləğvetmə prosesi başa çatıb.
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR