Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib, həbs müddəti uzadılıb

Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib, həbs müddəti uzadılıb

Tarix: 19-01-2026, 17:39

 Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Zabil Qəhrəmanovun vəkili Babək Həmidov APA-ya bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. Ona görə də Zabil Qəhrəmanov Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR