Son Xəbər: Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb,

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

Tarix: 27-01-2026, 15:37

Dövlət İmtahan Mərkəzində (DİM) 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə ediləcək imtahan modeli müzakirə olunub.

Qurumdan verilən məlumatda bildirilib ki, gələn ildən XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər xarici dillərin tədrisində kommunikativ yanaşmanın güclənməsinə, şagirdlərin real dil bacarıqlarının istifadəsinə hazırlanmasına və qiymətləndirmənin beynəlxalq dil standartlarına daha yaxın olmasına xidmət edir. Yeni model müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi yeni imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materialları artıq təsdiqləyib və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim edilib. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi "Qiymətləndirmə tapşırıqları" kitabında, test toplularında da veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR