Son Xəbər: Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır, Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır, Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir, Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir, İşdən çıxarılan icra başçısını kim əvəz edir?, Bu gün 6 min nəfər imtahan verəcək, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir, CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir, Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb,

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

Tarix: Bugün, 10:52

Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinir.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurum üzvlərinin bu gün keçirilən konfransında deyib.

O bildirib ki, əksər hallarda həmin şəxslər fəaliyyət göstərdikləri ünvanlarda "vəkil", "vəkil bürosu", "vəkil xidmətləri" kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə qanunvericiliyə edilən yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub:

"Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda intizam pozuntusuna yol verən vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarların müəyyən olunmasıdır. Həmçinin vəkillərin intizam icraatı proseduruna da yeniliklər edillb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR