Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Pensiya düzəltmək adı ilə vətəndaşları aldatmaqda ittiham olunan qadına cəza istənilib

Pensiya düzəltmək adı ilə vətəndaşları aldatmaqda ittiham olunan qadına cəza istənilib

Tarix: 13-02-2026, 11:27

 

Vətəndaşlara əlilliklə bağlı pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevanın digər epizod üzrə cinayət işi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Samirə Mirzəyevanın öncəki hökmlərinin də qismən toplanılması ilə qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prokuror zərəçəkənlərin verdiyi mülki iddianın təmin edilməsini də istəyib.


Təqsirləndirilən şəxsə son söz üçün vaxt verilib.


Növbəti proses fevralın 20-nə təyin edilib.


Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. İttihama görə, o, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib və 12 şəxsin 94 min manat müxtəlif vədlər verərək ələ keçirib və dələduzluq edib.


O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S. Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.


S.Mirzəyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)maddələri ilə ittiham irəli sürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR