Son Xəbər: Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib, Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub, Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib, Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib, Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb, Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib, Sabah bəzi rayonlara yağış yağacaq, İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb, Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir, FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib,

FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Tarix: Bugün, 09:34

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycanda gözlənən hava şəraitinə görə əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR