Son Xəbər:
Tarix: Bugün, 12:21
Türkiyədə 15 yaşdan aşağı şəxslərə sosial media qadağası ilə bağlı qanunvericilikdə edilən dəyişiklik Türkiyə Böyük Millət Məclisinin (TBMM) aidiyyəti komissiyası tərəfindən təsdiqlənib.
Dəyişikliyin bu həftə TBMM səviyyəsində müzakirəsi gözlənilir.
Qeyd olunub ki, yeni qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış şəxslərə xidmət göstərə bilməyəcək.
15 yaşı tamamlamış, lakin yetkinlik yaşına çatmamış istifadəçilər üçün isə "ayrılmış xidmətlər" təqdim olunacaq. Bu xidmətlərin detalları və təhlükəsizlik tədbirləri dair məlumatlar platformalarda yerləşdiriləcək.
Həmçinin, yeni layihə valideyn nəzarətini də məcburi edir.
Sözügedən qadağanı pozanlara qarşı ciddi cəzaların da nəzərdə tutulduğu bildirilib.