Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

Tarix: 10-04-2026, 15:16


"WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir".

Bu sözləri APA-ya açıqlamasında memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

O bildirib ki, WUF (World Urban Forum) BMT-nin şəhər inkişafı üzrə əsas qlobal platformalarından biridir: “Bu platforma şəhərsalma siyasətlərinin formalaşdığı mühitdir və burada müzakirə olunan yanaşmalar xüsusilə dayanıqlılıq, iqlim adaptasiyası və inklüziv urban inkişafı milli səviyyədə normativ və institusional çərçivələrin yenilənməsinə birbaşa təsir göstərir. Bu forum yalnız ideya mübadiləsi deyil, eyni zamanda, qlobal urban siyasətlərin istiqamətini müəyyən edən konsensus mexanizmidir. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın bu qlobal diskursda iştirak səviyyəsinin yüksəldiyini və ölkənin regional urban inkişaf mərkəzi kimi mövqeləndiyini göstərir. Bu, xüsusilə sürətli urbanizasiya, infrastruktur transformasiyası və post-münaqişə ərazilərində yeni şəhər modellərinin qurulması kontekstində əhəmiyyətlidir.

Memarlığın sistem yönümlü rolu və şəhərsalma siyasətlərinə təsiri

Memarlıq artıq obyekt yönümlü fəaliyyət deyil, sistem yönümlü müdaxilə alətidir. Müasir dövrdə memar şəhərsalma siyasətlərində məkanın təşkilindən əlavə, sosial davranış modellərinin formalaşdırılması, resurs effektivliyi və karbon izinin optimallaşdırılması kimi kritik parametrlərə təsir edən faktor kimi çıxış edir.

WUF13 forumu çərçivəsində dayanıqlı planlama, resurs effektivliyi, iqlimə davamlı şəhər sistemləri və inklüziv inkişaf modelləri müzakirə ediləcək. Bakının ev sahibliyi burada yalnız təşkilati rol deyil. Bu, şəhərin özünü qlobal urban laboratoriya kimi təqdim etməsi və lokal təcrübəni beynəlxalq praktikalarla sintez etməsi üçün platformadır".

WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir

Memar qeyd edib ki, WUF13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma və şəhərsalma prosesinə ciddi strateji dəyər qatır: "Bu bölgələr “sıfırdan qurulan şəhərlər” kimi müasir urban prinsiplərin tətbiqi üçün unikal imkan yaradır. Forum vasitəsilə smart şəhər modelləri, enerji effektiv həllər və dayanıqlı planlama yanaşmaları bu ərazilərdə daha sistemli şəkildə tətbiq oluna bilər.

Eyni zamanda, WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir. Bu, planlama prosesində səhvlərin minimuma endirilməsi, daha çevik idarəetmə və effektiv resurs istifadəsi deməkdir. Paralel olaraq, forum yeni investisiya imkanları yaradır və dövlət-özəl tərəfdaşlıqların genişlənməsinə təkan verir. Nəticə etibarilə, WUF13 ölkə üçün həm reputasiya kapitalı, həm də uzunmüddətli urban strategiyaların yenilənməsi baxımından kritik mərhələdir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR