Son Xəbər: Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH, Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib, Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq, Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib, Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir, Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək, "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO,

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Tarix: Dün, 11:04

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur.

Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu üçün son tarix  5 iyun 2026-cı il saat 18:00-dır.

“Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

Dövlət Proqramına seçim meyarları, müraciət üçün tələb olunan sənədlər və sənəd nümunələri ilə yerləşdirilmiş keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Sənəd qəbuluna dair təlimat videosunu izləmək üçün linkə keçid edin. Dövlət Proqramına müraciət etmək üçün klikləyin”, - məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR