Son Xəbər: Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb, Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO, Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib, "Reuters": Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək, Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək, Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, DYP hava ilə bağlı müraciət edib, TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib, Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb,

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO

Tarix: Bugün, 15:16

 Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb.

APA-nıb Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb - FOTO




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR