Son Xəbər: Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq, Moskvada güclü yanğın - 8 ölü, Ukrayna İsrailə etiraz notası təqdim edib, "Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL, Ukraynada hərbi vəziyyət rejimi uzadılıb, "Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb, Prezident bir qrup sahibkarı təltif edib, Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür, Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib, “Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”,

Ukrayna İsrailə etiraz notası təqdim edib

Ukrayna İsrailə etiraz notası təqdim edib

Tarix: Bugün, 17:07

 İsrailin Ukraynadakı səfiri Mixail Brodski bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona Ukraynanın işğal olunmuş ərazilərindən taxıl tədarükünə görə etiraz notası təqdim edilib.

Məlumata görə, demarşın səbəbi Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Rusiya tərəfindən qanunsuz olaraq çıxarılan kənd təsərrüfatı məhsullarının İsrailə tədarükünün davam etməsi olub.

"İsrail tərəfinin Ukraynanın rəsmi müraciətlərinə və beynəlxalq hüquqi yardım haqqında sorğularına, o cümlədən gəmilərin və yüklərin saxlanılması ilə bağlı xahişlərə məhəl qoymaması, faktiki olaraq, oğurlanmış Ukrayna taxılının qanuniləşdirilməsi üçün şərait yaradır", - XİN-dən qeyd edilib.

Nazirlikdən hesab edilib ki, söhbət ayrı-ayrı insidentlərdən deyil, "qanunsuz iqtisadi fəaliyyətə şüurlu şəkildə kömək göstərilməsi əlamətlərinə malik olan" sistemli təcrübədən gedir.

Ukrayna tərəfi İsraildən oğurlanmış taxılın idxalının dayandırılması və onun İsrail limanlarında boşaldılmasının qarşısının alınması üçün təxirəsalınmadan tədbirlər görməyi tələb edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR