Son Xəbər: Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib, Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq, "Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək, Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI, Milli Məclisin iclası başladı, Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb, Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb, Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq, Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb, Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM,

Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI

Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI

Tarix: Bugün, 11:47

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Bakı Marafonu-2026" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən xəbərə görə, “Bakı Marafonu 2026” ilə əlaqədar mayın 3-də səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

Ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə “Sea Breeze”-də finiş nəzərdə tutulub.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR