Son Xəbər: Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər, Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb, Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu, Sumqayıtda avtomobil yolu çöküb, Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək, Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib, Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb, MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib, Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib, Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb,

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

Tarix: Bugün, 18:51

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib.
Görüşdə bildirilib ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.
Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR