Son Xəbər: Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ, Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb, Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək, “Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu, TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb, Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir, Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə, 18 kəndə qazın verilişi DAYANDIRILACAQ, Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür, "Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?",

İslam Rzayev haqda - Yeni qərar

İslam Rzayev haqda - Yeni qərar

Tarix: Bugün, 11:03

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.

Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. 

Məlumatı eks-icra başçısının vəkili Elvin Əliyev də saytımıza təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib. 

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR