Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub

Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub

Tarix: 23-05-2026, 15:02


Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb.

Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.

Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramı barədə də məlumat verilib.

Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində ortaq hədəfləri əks etdirir.

Səfər zamanı Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR