Son Xəbər: Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA, İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır, Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək, Bakıda obyektdə yanğın başlayıb, Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb, Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib, Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var, ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb, DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib, Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib,

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

Tarix: Bugün, 13:05

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bildirib.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran XİN-in bəyanatında deyilir ki, ABŞ-ın hücumları faktiki olaraq 8 aprel atəşkəsini qüvvədən salıb və bunun doğura biləcəyi təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Bəyanatda bildirilib ki, ABŞ-ın hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bəyanatda həmçinin vurğulanıb ki, region ölkələri ABŞ-ın İran əleyhinə hücumlar üçün öz ərazilərindən istifadə etməsinə imkan verməməlidir.

“İran hücumun mənbəyini zərərsizləşdirmək və özünümüdafiə hüququnu özündə saxlayır”, - bəyanatda deyilir.

İran XİN BMT üzvlərini, xüsusilə Təhlükəsizlik Şurası və Baş katibi ABŞ-la İsrailin addımları qarşısında açıq mövqe bildirməyə, susqunluq və qeyri-müəyyənlikdən çəkinməyə çağırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR