Son Xəbər: Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub, Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək, İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək, Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ, İsrail ordusu Livanda ciddi itkilər verdi, İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır, Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi, Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır, İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb, Oğuzda narkotik alverçiləri saxlanıldı,

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

Tarix: Bugün, 16:36

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşların iyun ayı üzrə pensiyaları ödənilib.

Məlumata görə, iyunun 19-da isə ölkənin digər şəhər və rayonlarında qeydiyyatda olan şəxslərin pensiyaları, eləcə də güzəştli şərtlərlə təyin edilmiş pensiyalar vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayı üzrə pensiya ödənişləri tam şəkildə yekunlaşdırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR