Son Xəbər: Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək, Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub, İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb, Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb, Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub, Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək, İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək, Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ, İsrail ordusu Livanda ciddi itkilər verdi, İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır,

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Tarix: Bugün, 10:38

İsrail və radikal "Hizbullah" hərəkatı arasında bir gün əvvəl əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livanın cənubundakı Ərəbsəlim şəhərinə endirdiyi aviazərbə nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə Livanın NNA dövlət agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail təyyarələri və pilotsuz uçuş aparatları Nəbatiyyə rayonuna bir sıra zərbələr endirib, nəticədə yaşayış evləri, binalar dağılıb.

Bundan əlavə, qeyd olunub ki, İsrail gecə saatlarında Nəbatiyyə şəhərini və onun ətrafını atəşə tutub.

İsrail ordusu zərbələr barədə məlumatlara hələ ki münasibət bildirməyib.

Bildirilib ki, hücumlar İsrail və "Hizbullah"ın, ehtimal ki, atəşkəs rejimini razılaşdırmasından bir neçə saat sonra baş verib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR