Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Neftçalada DOST filialının açılışı olub

Neftçalada DOST filialının açılışı olub

Tarix: 24-06-2026, 15:53

 Neftçala şəhərində DOST filialı fəaliyyətə başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov mərasim çərçivəsində filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

A.Əliyev DOST mərkəzlərinin yaradılmasını Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə də yüksək qiymət aldığını bildirib.

DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə "bir pəncərə"dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib.

Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 m2-dir.

10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi və s. barədə tapşırıqlar verib.

Qeyd olunub ki, indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR