Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Tarix: 29-06-2026, 14:43

 Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Kamran Əliyev Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib.

Vurğulanıb ki, komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.

Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar edilmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qəbula görə minnətdarlıq ifadə edən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.

Qonaq tərəf, həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR