Son Xəbər: Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb, Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb, Suriya və Livan arasında razılaşma imzalanıb, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib, Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək, Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib, Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var, AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır, KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var, "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib,

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Tarix: Bugün, 18:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib. Bu çərçivədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR