Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO

Tarix: 14-07-2026, 16:03

Qarabağ Universitetində yeni mətbuat katibi təyin olunub.

Bu barədə universitetin rəsmi "Facebook" hesabında paylaşım edilib.

Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə Universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Cəmilə İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə Almaniyanın Ayxştett-İnqolştadt  Universitetində (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində) alıb.

C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, UFAZ layihəsində, Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

Çoxsaylı beynəlxalq təqaüd və təlim proqramlarının məzunu olan C.İsmayılzadə ictimaiyyətlə əlaqələr, kommunikasiya, universitet idarəetməsi və beynəlxalq əməkdaşlıq sahəsində zəngin təcrübəyə malikdir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR