Son Xəbər: Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib, Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi, Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb, Ukrayna parlamenti hökumətin istefasını qəbul edib, Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO, Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq, Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH, İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib, Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq, Azərbaycanda iyul ayının pensiyaları ödənilib,

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Tarix: Bugün, 17:35

 Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin sözlərinə görə 4 iyul 2026-cı il tarixində Bakı şəhərindəki Hyatt Regency otelində Ukraynanın aparıcı ali təhsil müəssisələrinin sərgisi uğurla keçirildi. Tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutdu.

Sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olundu. Ziyarətçilər universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları haqqında ətraflı məlumat əldə etdilər.

“Alijanov Group” MMC-nin təsisçisi Alicanov Nəsib Əhməd oğlunun məlumatına əsasən tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, universitet rəhbərləri, abituriyentlər və valideynlər iştirak etdilər. Sərgi çərçivəsində iştirakçılar universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab aldılar.

“INGEK” Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyevin verdiyi məlumata əsasən tədbirdə həmçinin Ukraynada təhsil almaq istəyən xarici tələbələr üçün tətbiq olunan rəqəmsal qəbul sistemi təqdim olundu və qəbul prosesinin daha sadə, şəffaf və əlçatan olması barədə məlumat verildi.

Sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR