Son Xəbər: Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək, Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır, 33 yaşlı kişi Qarabağ kanalında batıb, KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib, "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb, Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək, Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq,

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

Tarix: Bugün, 10:41

 Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:

"Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR