Son Xəbər: Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL, Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb, Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ, Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub, İranda Təbriz Günü qeyd edilib, Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub, Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!, ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb, Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub, Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib,

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Tarix: Dün, 10:12

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56 % artaraq 93,37 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 87,6 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,41 ABŞ dolları və ya 2,74 % artaraq 90,3 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR