Son Xəbər: "Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir, Sabah 37 dərəcə isti olacaq, Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM, Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb, Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb, Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib, Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər, Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto, Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm,

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Tarix: Bugün, 10:39

 Rusiyanın Ukraynanın Xarkov və Xerson vilayətlərinə hücumları nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

O.Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin doqquz yaşayış məntəqəsinə raketlər, reaktiv yaylım atəşi sistemləri və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində 13 nəfər, o cümlədən 15 yaşlı yeniyetmə xəsarət alıb.

A.Prokudin bildirib ki, Rusiyanın zərbə PUA-larının gecə saatlarında Xersona hücumu nəticəsində iki dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR