Son Xəbər: Sabah dörd şəhər və rayonda qaz olmayacaq, Bakıda istifadəsiz tikilidə yanğın baş verib, Sabah Azərbaycanda 37 dərəcə isti olacaq, İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək, Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb, Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür, Ədalət Mədətoğlu vəfat etdi – FOTO, BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür, Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub, Samuxda bir nəfər kanalda batıb,

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Tarix: Bugün, 11:31

 Rusiyanın sutka ərzində Ukraynanın regionlarına endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bu barədə Ukraynanın yerli hakimiyyət orqanları və fövqəladə hallar üzrə xidmətləri məlumat yayıb.

Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhərini 300 mm çaplı "Tornado-S" reaktiv yaylım atəşi sistemindən atəşə tutub. Hücum nəticəsində 5 nəfər, o cümlədən 9 yaşlı oğlan xəsarət alıb.

Bundan başqa, Rusiyanın Çerniqov vilayətinin Koryukovka rayonuna endirdiyi iki zərbə nəticəsində 59 yaşlı qadın xəsarət alıb.

Rusiya qoşunları sutka ərzində Zaporojye vilayətinin 59 yaşayış məntəqəsinə hücum edib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Həmçinin yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi barədə 73 məlumat daxil olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR