Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Tarix: 27-08-2026, 16:37

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək


Balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısı müəyyənləşdiriləcək.


Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Balıqçılıq haqqında” qanunda əksini tapıb.


Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi:


altı ay müddətində aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:


- balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri;

- balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısını;

- Biotexnoloji Layihə Sənədinin nümunəvi formasını;

- ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətlərini;

- balıq ovu ilə məşğul olmaq üçün istifadə olunan balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı qaydasını, habelə balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələrinin siyahısını və onlara dair tələbləri;

- balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması qaydasını;

- balıqartırma, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi qaydasını və texniki normativ hüquqi aktları;

- balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydasını.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR